Onlayn ictimai-siyasi qəzet
Afrika boksunun əfsanələrindən hesab edilən Dinqaan Tobela vəfat edib.
Publika.az xəbər verir ki, onun ölümü acınacaqlı şəkildə olub. Bu barədə "The Sun" məlumat yayıb.
Ailəsi və dostları onunla əlaqə saxlaya bilmiyblər. Buna görə polisə müraciət ediblər. Hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlayıb. Cənubi afrikalının Yohannesburqdakı mənzilinə baxış keçirilib. Onlar Tobellanın bir neçə gün əvvəl öldüyünü aşkar ediblər.
Onun ölüm səbəbi adı açıqlanmayan xroniki xəstəliklə əlaqədar olub.
Şayiələrə görə, boksçu əvvəlki günlərdə özünü pis hiss edib. Bu səbəbdən o, cümə günü Cənubi Afrika Respublikası Boks Assosiasiyasının qərargahında keçirilməsi planlaşdırılan simpoziumda iştirakını ləğv edib.
Qeyd edək ki, üçqat dünya çempionu olan Dinqaan Thobelenin 57 yaşı var idi. O, ümumilikdə 56 döyüş keçirib və bunlardan 40-da qalib gəlib. 1990 və 1993-cü illərdə WBO, 2000-ci ildə isə WBC kəməri uğrunda döyüşlərdə qalib olub.
Tobela 2006-cı ildə karyerasını başa vurub. O, bundan sonra idmanı tamamilə tərk edərək sakit həyat yaşamağa çalışıb. Vətəninə dönən Dinqaan orada dəfn evinin sahibi olub.
26 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ