Onlayn ictimai-siyasi qəzet
Litvanın, Estoniyanın Tiflisdəki səfirləri və Latviya səfirliyinin müvəqqəti işlər vəkili Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.
Musavat.com Gürcüstan XİN-in açıqlamasına istinadən xəbər verir ki, bu addım həmin ölkələrin Gürcüstan hakimiyyətinin nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməsi ilə əlaqədar atılıb.
Nazirlik bildirir ki, görüşdə üç ölkənin Gürcüstanın hökumət rəhbərlərinə və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sanksiyaların tətbiqi ilə bağlı bəyanatlar verməsindən narahatlıq ifadə olunub, onların ölkələr arasındakı tərəfdaşlıq münasibətlərinə zidd olduğu qeyd edilib.
Musavat.com
26 May 2025
25 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ