İnsanlara hürriyət, millətlərə istiqlal!

Türküstan bölgəsində bir qrup ekstremist həbs edilib

Qazaxıstanın Türküstan bölgəsində bir qrup dini radikal saxlanılıb. Onlar nifrət salmaqda və ekstremizm yaymaqda şübhəli bilinirlər.

Musavat.com Polisia.kz saytına istinadla xəbər verir ki, Türküstan vilayətinin Maktaaral rayonunda hüquq-mühafizə orqanlarının əməkdaşları dini ekstremizmi təbliğ etməkdə şübhəli bilinən qrupun fəaliyyətini dayandırıb. Əməliyyatı Milli Təhlükəsizlik Komitəsi ilə birgə Ekstremizmə qarşı mübarizə idarəsinin əməkdaşları həyata keçirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saxlanılan şəxslər radikal fikirlərə əsaslanaraq birləşərək internetdə fəallıq nümayiş etdiriblər.

Şübhəlilər radikal dini inanclar əsasında qrup yaradaraq, sosial şəbəkələrdə başqa dinə mənsub vətəndaşların dini hisslərini aşağılayan və təhqir edən bəyanatlar dərc ediblər. İdarədən bildirilib ki, inanclarını əsaslandırmaq üçün onlar əvvəllər məhkəmə tərəfindən ekstremist kimi tanınan audio və video materialları əhali arasında paylayıblar. Onlar həmçinin qadağan olunmuş yazıları yerli sakinlərlə paylaşıblar.

Axtarışlar zamanı şübhəlilərin üzərində 20-dən çox dini məzmunlu kitab, narkotik vasitələr, qanunsuz saxlanılan sursatı olan silahlar və digər sübutlar aşkar edilib. Məhkəmə qrup liderlərinin həbsinə icazə verib. İstintaq işin tam hallarının müəyyənləşdirilməsini davam etdirir.

Qeyd edək ki, Orta Asiyanın beş respublikasının beşində də dini ekstremistlərin fəaliyyəti ciddi nəzarət altında saxlanılır, yerli hüquq-mühafizə orqanları onların ibadətlərinə, ziyarətlərinə, ayinlər keçirməsinə mane olmasalar da, siyasi və kriminal motivli hərəkətlərinə yol vermirlər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

BÜTÜN XƏBƏRLƏR