İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin XİN başçısı Fidan ABŞ-nin dövlət katibi Rubio ilə danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon vasitəsilə əlaqə saxlayıb.

Musavat.com xəbər verir ki, telefon danışığı zamanı Fidan həmkarına yeni vəzifəsində uğurlar arzulayıb.

Nazirlər iki müttəfiq ölkə kimi Türkiyə və ABŞ-ın əməkdaşlığı qarşılıqlı hörmət və etimad əsasında həyata keçirmək niyyətində olduqlarını vurğulayıblar.

Həmçinin, regional məsələlərdə daha sıx koordinasiya və birgə fəaliyyətin əhəmiyyətinə diqqət çəkilib. Bu mövzular üzrə yaxın gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi gözlənilir. 

Mənbə: https://www.trthaber.com/haber/gundem/bakan-fidan-abdli-mevkidasiyla-gorustu-895414.html

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

22 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR