Onlayn ictimai-siyasi qəzet
Cihangir İşbilir: “Qərbin öyrənəcəyi çox şeylər var”
Ötən həftənin şənbə günü Milli Məclisin evsahibliyi və təşkilatçılığı ilə Beynəlxalq Parlament Konfransı yüksək səviyyədə keçirildi.
Konfransdan öncə və mühüm tədbirin davam etdiyi saatlarda 13 ölkədən gəlmiş 100-ədək deputat parlament foyesində istirahət etmək, çay və kofe fasiləsinə çıxmaq imkanı da əldə etmişdilər. Bu zaman media mənsubları üçün təşkil olunmuş məkanın baş tərəfindəki möhtəşəm sənət əsəri əksər qonaqların diqqətini özünə cəlb edirdi.
Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun əsararəngiz əl işi barədə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Musavat.com-a təəssüratlarını bölüşüb, həmçinin 7 dekabrda, Azərbaycan Parlamentinin qurulmasının 106-cı ildönümündə təşkil olunan Beynəlxalq Konfrans haqqında fikirlərini açıqlayıb, Qərb dünyasına mesajlarını verib.
Video-müsahibəni təqdim edirik:
Elşad Paşasoy,
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ