İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin ədliyyə naziri İmamoğlunun həbsindən danışdı

Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbul Böyükşəhər Bələdiyyə başçısı Əkrəm İmamoğlu da daxil olmaqla 106 nəfər haqqında gözaltı qərarı verildiyini açıqlayıb.

Musavat.com bildirir ki, nazirin sözlərinə görə, İstanbul Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində MASAK (Maliyyə Cinayətləri Araşdırma Şurası) hesabatları, vergi ekspertlərinin təhlilləri, şahid ifadələri və digər dəlillər mövcuddur.

Yılmaz Tunç ictimaiyyətə çağırış edərək sorğu-sual və məhkəmə prosesləri ilə bağlı dezinformasiyaların yayılmasının qəbuledilməz olduğunu bildirib.

“Məhkəmə sisteminə hücum etmək, hakim və prokurorları təhdid etmək hüquqi dövlət prinsiplərinə ziddir”, - deyə nazir vurğulayıb.

O əlavə edib ki, məhkəmənin prezident Rəcəb Tayyib Ərdoğanla əlaqələndirilməsi isə “hədsizlik”dir.

Nazir bildirib ki, Türkiyə məhkəmələri müstəqil və obyektiv şəkildə qərarlar verir, istintaqın yekununda bütün faktlar ictimaiyyətə açıq şəkildə təqdim ediləcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Mart 2025

BÜTÜN XƏBƏRLƏR