İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli professordan yeni zəlzələnin olacağı İDDİALARI ilə bağlı AÇIQLAMA

Türkiyənin Balıkəsir vilayətinin Sindirgi rayonunda 10 avqustda qeydə alınan 6,1 maqnitudalı zəlzələdən sonra ərazidə səth qırılmaları və torpaq deformasiya izləri müşahidə olunmayıb. Ancaq ardıcıl afterşokların çoxluğu və gücü mütəxəssislərin diqqətini cəlb edib.

Musavat.com xəbər verir ki, Afyon Kocatepe Universitetinin Zəlzələ Tətbiq və Tədqiqat Mərkəzinin ilkin GPS ölçmələrinə əsasən, bölgədə ciddi hərəkətlilik qeydə alınmayıb.

Mərkəzin rəhbəri professor İbrahim Tiryakioğlu bildirib ki, zəlzələnin hansı fay xətti üzərində baş verdiyini dəqiqləşdirmək üçün daha əhatəli tədqiqatlar aparılmalıdır.

Yer bilimcilerden Sındırgı'da 6,1 büyüklüğündeki depreme ilişkin "tahribat" değerlendirmesi

Digər mütəxəssis, professor Süleyman Pampal isə bu gücdəki zəlzələlərin hər zaman səthdə qırılma yaratmadığını, eyni zamanda bölgədə hələ müəyyənləşdirilməmiş gizli fay xətlərinin ola biləcəyini vurğulayıb.

Xüsusilə afterşokların statistikası narahatlıq doğurur. Balıkəsirdə indiyədək 1500-dən çox təkan qeydə alınıb ki, bu da oxşar hallarla müqayisədə xeyli yüksək göstərici sayılır. Süleyman Pampal bu prosesi "adi vəziyyətdən kənar" kimi qiymətləndirib.

İbrahim Tiryakioğlu isə bölgədə müəyyən enerji boşalmasının artıq baş verdiyini və güclü yeni zəlzələ ehtimalının aşağı olduğunu açıqlayıb. Bununla belə, Simav, Gelenbe və Balıkəsir kimi uzun müddətdir susqun olan zonaların daima izlənməsinin vacibliyini qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR