İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyəli astronavt Beynəlxalq Kosmik Stansiyada belə qarşılandı - VİDEO

Xəbər verdiyimiz kimi ilk türkiyəli astronavt Alper Gezeravcının da olduğu "Dragon" kapsulu Beynəlxalq Kosmik Stansiyaya qoşulub. 

Musavat.com bizim.media-ya istinadən bildirir ki, artıq astronavtlar Beynəlxalq Kosmik Stansiyaya daxil olub.

Qeyd edək ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək "Ax-3" heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR