İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədən VACİB QƏRAR - Bundan sonra...

Xəbər verdiyimiz kimi, “Qalatasaray" və "Fənərbaxça" arasında keçirilməsi planlaşdırılan Türkiyə Super Kuboku uğrunda qarşılaşma təxirə salınıb. Buna səbəb Ər-Riyaddakı qarşılaşma öncəsi Türkiyə himninin səslənməsinə və komandaların Mustafa Kamal Atatürkün "Yurtta Sulh, Cihanda Sulh" sitatının yer aldığı pankartla meydana çıxmasına qoyulan qadağa olub.  

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Beşiktaş Bələdiyyəsi final matçının təxirə salınmasından sonra Səudiyyə Ərəbistanı Baş Konsulluğunun yerləşdiyi Akasyalı küçəsinin adını dəyişdirib. Belə ki, bundan sonra küçə Fəxrəddin Paşanın adını daşıyacaq.

Küçədə türk bayraqları, Atatürkün fotoşəkilləri və "Çöl Kaplanı Medine Kahramanı Fahrettin Paşa" yazılı plakat asılıb.

Digər tərəfdən bəzi azarkeşlər baş konsulluğun önünə gələrək "Yurtta Sulh, Cihanda Sulh" yazılan pankartlar açıblar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR