Onlayn ictimai-siyasi qəzet
Konyada 4 mərtəbəli binanın çökməsi nəticəsində 5 nəfərdən 3-ü xilas edilib.
Musavat.com xəbər verir ki, dağıntılar altından bir nəfərin cansız bədəni tapılıb. Digər şəxsin axtarışları isə davam edir.
Xatırladaq ki, Konya şəhərinin Selçuklu rayonunda dünən saat 20:00 radələrində 7 dükan və 14 mənzildən ibarət olan 4 mərtəbəli bina çöküb.
Çökmüş binadan son anda xilas olan 2 nəfər öz ailələrindən 5 nəfərin dağıntılar altında qaldığını bildirib. Məlumata görə, dağıntılar altında suriyalı ailədən olan Məhəmməd Cedan (24), Xalid Əl Cedan (55), Əhməd Məhəmməd Cedan (23), Turki Məhəmməd və həyat yoldaşı Əminə Mustafa qalmışdı.
Binanın çökməsindən təxminən 5 saat sonra Məhəmməd Cedan və Xalid Əl Cedan xilas edilib. Xilasetmə işlərinin 7-ci saatında isə Əhməd Məhəmməd sağ tapılıb.
Konya Valiliyi xilas edilən 3 nəfərin sağlamlıq vəziyyətinin yaxşı olduğunu açıqlayıb.
Konya Prokurorluğunun hadisə ilə bağlı başlatdığı istintaq çərçivəsində 4 nəfər həbs edilib.
Musavat.com
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ