Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, bu gecə saatlarında qardaş Türkiyənin cənub-şərq bölgələrində dəhşətli zəlzələ baş verib, çox sayda tikililər dağılıb, ölənlərin və çoxsaylı yaralılar var.
Türkiyənin sevincinə sevinən, kədərinə üzülən minlərlə insan sosial şəbəkədə dəhşətli zəlzələyə görə üzüntü duyduqlarını yazırlar. Onların arasında ictimai-siyasi xadimlər və jurnalistlər də var.
Rəşad Məcid
Musavat.com xəbər verir ki, Mətbuat Şurasının sədri Rəşad Məcid Türkiyədə baş verən zəlzələnin nəticələrinə dair belə yazıb:
"Qardaş Türkiyədə zəlzələ nəticəsində həyatını itirən insanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirik.
Türkiyəmizin yanındayıq!"
Rauf Arifoğlu
"Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu dəhşətli zəlzələyə görə üzntüsünü aşağıdakı sözlərlə ifadə edib: Türkiyə vaxtı ilə saat 04:17 -də böyük bir zəlzələ olub. Mərkəzi Kahramanmaraş rayonunun Pazarcıq qəsəbəsi olmaqla, 7.4 ölçüdə olan zəlzələ Türkiyəmizin 10 şəhərində və əyalətlərdə ciddi şəkildə hiss olunub. Qaziantəpdə 6.4 büyüklüyündə baş verən 2-ci zəlzələ vəziyyəti daha da ağırlaşdırıb. Ölənlər, uçqun altında qalanlar var. Ölü sayında artış ürəyimizi parçalayır.
Canımız, Vətənimiz Türkiyəmizə çox keçmiş olsun. Qəlbimiz, ruhumuz qardaşlarımızla! Hələlik əlimizdən yazmaqdan, dua etməkdən başqa bir şey gəlmir. Amma türk olaraq, Azərbaycan olaraq qardaşlarımıza dəstək üçün hər şey hazırıq və hərəmiz öz çapımızda, mümkün olan hər şeyi edəcəyik!
Allah Türkiyəmizə bir daha belə fəlakət yaşatmasın".
Milli İstiqalal Partiyasının sədri Arzuxan Əlizadə də Türkiyə xalqına dəstəyini ifadə edib: "Yanındayıq Türkiyəm!
Acıların acılarımız, itkilərin itkilərimizdir!
Dövlət olaraq, Millət olaraq ən yüksək səviyyədə dəstəyimizi əsirgəməyək!"
Musavat.com
05 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ