İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki suriyalıların vətənə qayıdışı iki dəfə artıb - FOTO

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Suriya rejiminin devrilməsindən sonra Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların vətənlərinə dönüşlərinin sürətləndiyini bildirib.

Musavat.com xəbər verir ki, o, gündəlik qayıdışların əvvəlki 300-350 nəfərdən 1,5-2 dəfə artaraq 600-700 nəfərə çatdığını qeyd edib. 

YERLİ.jpg (49 KB)

Yerlikaya sərhəd-keçid məntəqələrində gündəlik 3 min nəfərlik qəbul imkanının olduğunu, lakin artan tələbatı qarşılamaq üçün bu rəqəmin 15-20 minə yüksəldildiyini vurğulayıb. 

2016-cı ildən bəri 737 min suriyalının könüllü olaraq vətənlərinə döndüyünü bildirən nazir hazırda Türkiyədə müvəqqəti qoruma altında 2 milyon 936 min suriyalının olduğunu və onların ünvan məlumatlarının yeniləndiyini əlavə edib. 

Ali Yerlikaya yaxın günlərdə suriyalı qeyri-hökumət təşkilatları ilə görüşərək könüllü, təhlükəsiz və ləyaqətli geridönüş prosesləri barədə ictimaiyyəti məlumatlandıracaqlarını bildirib. 

Suriyadakı son hadisələri yaxından izlədiklərini qeyd edən Yerlikaya 13 illik fasilədən sonra suriyalıların vətənlərinə qayıtmaq arzularının artdığını vurğulayıb. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR