İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədəki suriyalıların sayı açıqlanıb

Türkiyədə 3 milyon 535 min 898 suriyalı yaşayır.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Miqrasiya İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən il 58 758 suriyalı ölkələrinin şimalında yaradılan təhlükəsiz bölgəyə yerləşdiriliblər. Bundan başqa, indiyədək 539 332 suriyalı könüllü şəkildə vətəninə qayıdıb.

Eyni zamanda, idarə keçən il 124 441 qanunsuz miqrantın ölkədən xaric edildiyini açıqlayıb. Bu göstəricinin daha öncəki illə müqayisədə 161 % artdığı vurğulanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR