Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Elazığın Sivrice rayonunda baş verən 4,9 bal gücündəki zəlzələ bölgədə böyük təşvişə səbəb olub.
Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, zəlzələ, yalnız Elazığda deyil, Malatya, Tunceli, Adıyaman, Diyarbakır, Kahramanmaraş, Şanlıurfa, Gaziantep, Erzincan və Sivas kimi ətraf vilayətlərdə də hiss olunub.
Toyda zəlzələyə yaxalanan bir qadın huşunu itirib. Hadisə anı kameralar tərəfindən qeydə alınıb.
AFAD-ın verdiyi açıqlamada qeyd olunub:
"Elazığ vilayətinin Sivrice rayonunda saat 21:09-da baş verən və Malatya vilayətində də hiss olunan 4,9 bal gücündəki zəlzələdən sonra, hazırda, hər hansı bir neqativ vəziyyət qeydə alınmayıb. Sahə araşdırmaları davam edir."
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ