Onlayn ictimai-siyasi qəzet
Türkiyənin səhiyyə naziri Fahrettin Koca çərşənbə günü bildirib ki, ölkənin şimal-qərbində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı artıb.
“Son məlumatlara görə, Düzce vilayətində baş verən zəlzələ nəticəsində zərərçəkənlərin sayı 93-ə çatıb”, - nazir “Twitter”də yazıb.
Məlumata görə, yaralıların əksəriyyəti – 37 nəfər Düzcədədir və onlardan birinin vəziyyəti ağırdır. Türkiyənin eyni bölgəsində yerləşən Sakarya vilayətində 26, Bolu vilayətində 14 nəfər yaralanıb.
Nazirin sözlərinə görə, hazırda xəstəxanalarda 17 nəfərin müalicəsi davam etdirilir.//Oxu.az
13 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ