İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə turist avtobusu qəzaya uğrayıb - 26 nəfər xəsarət alıb

Türkiyənin cənubunda turist avtobusunun qəzaya uğraması nəticəsində 26 nəfər xəsarət alıb.
Avtobusda hansı ölkənin vətəndaşlarının olduğu açıqlanmır.

Musavat.com  tgrthaber.com-a istinadən xəbər verir ki, Türkiyənin Karaman vilayətində tur avtobusu aşıb.

Qəzanın Karamanın Ermenek rayonunda baş verdiyi bildirilir. Tur avtobusu yamaca qalxa bilməyib, sürücü idarəetməni itirib və avtomobil aşıb.

Avtobus evlərdən birinin bağına düşüb. Qəza nəticəsində sürücü də daxil olmaqla 26 nəfər xəsarət alıb. Üç sərnişin ağır yaralanıb.

Onlar Ermenek şəhərindəki dövlət xəstəxanasına aparılıblar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR