İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə ŞOK HÜCUM PLANI - Bu ölkə səfirliyinə...

Türkiyə Milli Kəşfiyyat İdarəsinin (MİT) əməkdaşları ölkənin 9 vilayətində eyni anda əməliyyat keçirib. İŞİD terror qruplaşmasının üç qondarma komandiri respublikada fəaliyyət göstərən sinaqoqlara, kilsələrə və İraq səfirliyinə hücumlar hazırlamaqda şübhəli bilinərək saxlanılıb.

Musavat.com xəbər verir ki, bu barədə “TRT Haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, ümumilikdə 32 nəfər terrorçularla əlaqədə şübhəli bilinərək saxlanılıb.

Belə ki, MİT “Əbu Yakin əl-İraqi” kod adlı Micbel əl-Şuveyhinin və “Ebu Leys” kod adlı Məhəmməd Hilaf İbrahimin Türkiyədəki sinaqoq və kilsələrə, "Abdullah əl-Cumeyli" kod adlı İyheb Elaninin isə İraq səfirliyinə hücum etməyə hazırlaşdığını müəyyən edib.

Qeyd olunub ki, ərəb soyadlı əcnəbi vətəndaşlar hücumları hazırladıqlarını etiraf ediblər. Dindirilmələr zamanı onlar İŞİD-in Suriya və Türkiyədəki strukturu, fəaliyyətləri barədə də ətraflı danışıblar. Telekanal qeyd edir ki, əməliyyat zamanı İŞİD-in fəaliyyətinə aid rəqəmsal materiallar da ələ keçirilib.

Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Ali Yerlikaya antiterror əməliyyatını təsdiqləyib. Onun sözlərinə görə, Ankara, Balıkəsir, Bolu, Düzce, Kırşehir, Konya, Sakarya və Samsunda ümumilikdə 39 ünvanda eyni vaxtda əməliyyat keçirilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR