Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Ramazan bayramının ilk günü 16 minə yaxın insan xəsarət alıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca X sosial şəbəkəsində Ramazan bayramının ilk günü Türkiyədə qurbanlıq heyvan kəsərkən xəsarət alan 16 minə yaxın insanın həkimə müraciət etdiyini yazıb.
“Bayramın ilk günündə 1274-ü Ankarada, 840-ı İstanbulda, 416-sı İzmirdə olmaqla 16 minə yaxın insan qurbanlıq heyvanları kəsərkən aldıqları xəsarətlərə görə xəstəxanalarımıza müraciət edib. Bu, heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi zamanı baş verir”, - nazir yazıb.
Türkiyə iyunun 24-dək tətil elan edib. Sosial şəbəkələrdə hər il olduğu kimi, qəssablardan qaçmağı bacaran heyvanların çoxsaylı videogörüntüləri yayımlanır.
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ