İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə Quran kursunda şiddət qalmaqalı  

Türkiyədə baş verən hadisə sosial mediada gündəm olub.

Musavat.com xəbər verir ki, Türkiyənin Amasya şəhərində Quran kursunda oxuyan 15-16 yaş arası 20 uşaq Quran kursuna gətirilən pide çörəyini icazəsiz yedikləri üçün çubuqlarla döyülüblər.

Hadisə növbəti gün kursun tələbəsinin xəstəxanaya gedərək bədənindəki şiddət izlərini həkimə göstərdiyi zaman üzə çıxıb.

Həkim vəziyyəti xəstəxana polisinə bildirib. Polis tərəfindən baş verənlərlə bağlı araşdırma başladılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR