Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Samsun şəhərində qidadan zəhərlənənlərin sayı 133 nəfərə çatıb.
Qeyd olunub ki, 10 fabrikdə çalışan işçilər yedikləri toyuq ətindən zəhərləniblər.
Məlumata görə, sənaye zonasında yerləşən fabriklərin işçiləri günorta yeməyində eyni iaşə obyektindən südlü şirniyyat, toyuq şorbası və düyü yeyən işçilər qusma, mədə ağrısı və halsızlıq şikayətləri ilə xəstəxanalara müraciət ediblər.
Hazırda onların müalicəsi bir neçə xəstəxanada davam etdirilir.
***
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib.
“Report” xəbər verir ki, hadisə Samsun şəhərində qeydə alınıb.
Məlumata görə, yeddi fabrikdə işçilər toyuq ətindən zəhərləniblər. Onlarda ürəkbulanma, qusma, qızdırma, başgicəllənmə halları müşahidə olunub.
Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər. Onların durumlarının yaxşı olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
09 May 2025
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ