Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Həvəskarlar Liqasında keçirilən “Akınspor”-“Çaycumaspor” qarşılaşmasında bədbəxt hadisə baş verib.
Cərimə meydançasına edilən asmanı dəf etməyə çalışan “Çaycumaspor”un qapıçısı rəqib hücumçu ilə toqquşub və başından zədə aldıqdan sonra huşsuz vəziyyətdə yerə yıxılıb.
Komaya düşən qolkiper xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlər bildiriblər ki, futbolçunun kəllə sümüyündə çatlar, beyində daxili və xarici qanaxma olub.
Hazırda qapıçının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Mənbə: İHA
16 Noyabr 2024
15 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ