İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə prokuror restoranda yer olmadığı üçün əsəbiləşdi: Məkanın işçiləri saxlanıldılar

Türkiyənin Ordu vilayətinin Aybastı rayonunda Mücahid Şamil Koca adlı prokuror restoranda yer olmadığı üçün işçilərdən "qisas" alıb.

Bildirilib ki, prokuror ailəsi ilə birlikdə axşam yeməyi üçün "Güleç İzgara" adlı restorana gedib. İddiaya görə, yer olmadığı üçün işçilər ondan yarım saata gəlməsini istəyiblər.

Prokuror 45 dəqiqə sonra qayıdıb və yenə yer olmayıb. İşçilər prokurora bazar günü olduğuna görə masaların dolu olduğunu, bir saatdan sonra yer olacağını deyiblər.

Bundan əsəbiləşən prokuror işçilərlə mübahisə etməyə başlayıb və onlara qarşı təhqiramiz ifadələr işlədib. Həmçinin "Hamınızı süründürəcəyəm" deyə hədələyib. Məkan sahibi gəldikdən sonra mübahisə daha da böyüyüb.

"Siz mənim kim olduğumu bilirsiniz? Mən prokuroram, hamınızın burnundan gətirəcəyəm", - deyə Mücahid Şamil Koca məkan sahibinə də hədə-qorxu gəlib.

Mübahisə daha da böyüyüb və prokuror jandarmı çağırıb. Nəticədə məkan sahibi də daxil olmaqla, 15 nəfər saxlanılıb.

12 nəfər məhkəməyə cəlb edilmədən sərbəst buraxılsa da, üç nəfərin məhkəmə prosesi davam edir.//Oxu.Az

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR