Onlayn ictimai-siyasi qəzet
Türkiyədə yaradılmaqda olan “Polad Qübbə” milli hava hücumundan müdafiə sisteminin əsasını təşkil etməli olan “Hisar-O” orta mənzilli zenit-raket kompleksi (SAM) uzun mənzilli raketin buraxılışını uğurla həyata keçirib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.
Məlumata görə, hədəf Hisar-O batareyasından atılan raketlə 40 km-dən çox məsafədən birbaşa vurularaq məhv edilib: “Biz Hisar-O sisteminin effektiv uçuş məsafəsini yeni nəsil texnoloji irəliləyişlərlə artırmaq üçün işi davam etdirəcəyik”.
Nazirlik qeyd edir ki, yeni nəsil konfiqurasiyada hava hücumundan müdafiə sistemlərinin ilk partiyasının tədarükü 2024-cü ilin sonunadək planlaşdırılır.
Avqustun 6-da müdafiə sənayesi icraiyyə komitəsinin iclasından sonra Türkiyənin “Polad günbəz” çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratdığı açıqlanıb. O, ölkənin hava hücumundan müdafiə sistemlərinin vahid şəbəkəyə inteqrasiyasını və real vaxt rejimində qərarların qəbulu üçün onun vasitəsilə məlumatların ötürülməsini nəzərdə tutur.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ