İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə minimum əmək haqqı bu qədər oldu

Türkiyədə minimum əmək haqqı 2024-cü il yanvarın 1-dən 49 faiz artırılaraq 17 002 türk lirəsinə (578,25 dollar) çatdırılacaq.

Bu barədə həmkarlar ittifaqları ilə danışıqlardan sonra Respublika Əmək Nazirliyinin rəhbəri Vedat İşıxan məlumat verib.

Bundan əvvəl minimum əmək haqqı 2023-cü ilin iyul ayında 34 faiz artaraq 11,4 min lirəyə (380 dollar) çatmışdı.

"Nazirliyin komissiyası 2024-cü il yanvarın 1-dən minimum əmək haqqının müəyyən edilməsi ilə bağlı işləri başa çatdırıb. Biz onu 17 min türk lirəsi səviyyəsində müəyyən etmişik", - nazir bildirib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün minimum əmək haqqının artırılması ilə bağlı fərman imzalayıb. O, özünün X hesabında bu barədə məlumatı açıqlayıb: "2024-cü ildə minimum əmək haqqı 49 faiz artaraq 17 002 türk lirəsinə çatacaq. Bu, ölkəmiz və xalqımız üçün yaxşı xəbər olsun”. Fərman “Resmi Gazete” hökumət qəzetində dərc edildikdən sonra qüvvəyə minir.

“Türk-İş” həmkarlar ittifaqının rəhbəri Ergün Atalay nazirliyə minimum əmək haqqının 18 min lirəyə qaldırılmasını və ildə iki dəfə indeksləşdirilməsini təklif etdiyini, lakin həmkarlar ittifaqlarının hökumətlə razılaşa bilmədiyini deyib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR