İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə hoteldə yanğınla bağlı həbslər davam edir: Aşpaz və elektrik də saxlanılıb

Türkiyədə Kartalkayada hoteldə baş verən yanğınla bağlı həbs edilənlərin sayı artıb.

Musavat.com xəbər verir ki, Bolu Bələdiyyə sədrinin müavini Sedat Gülener və Yanğından Mühafizə Xidmətinin sədr müavini Kənan Coşkun  həbs ediliblər. Bununla da   istintaqda saxlanılanların sayı 18-ə çatıb.

***

Türkiyənin Bolu dağ-xizək kurortunda yerləşən “Grand Kartal” hotelində baş verən yanğınla bağlı daha 4 nəfər həbs edilib.

“Anadolu” yazır ki, saxlanılanların ümumi sayı 15-ə çatıb.

Yanğın yanvarın 21-də otelin restoran hissəsində baş verib. Həmin vaxt oteldə 237 nəfər olub. Ölənlərin sayı 78-ə çatıb. Türkiyə rəsmilərinin və müstəqil ekspertlərin ilkin qiymətləndirmələrinə görə, oteldə yanğın təhlükəsizliyi ilə bağlı lazımi tədbirlər görülməyib.

Saxlanılan 15 nəfər arasında Bolu bələdiyyə sədrinin müavini, şəhər yanğınsöndürmə xidmətinin müdir müavini, Grand Kartalın sahibi, meneceri və direktoru da var.

“Grand Kartal” hotelinin sahibi hadisədə işçiləri - aşpazı, elektrikçiləri və mühafizəçiləri günahlandırıb. Hotelin elektrikçisi Hüseyin Özer Ergülün iddialarını rədd edərək, o, yalnız ona tapşırılan vəzifələri yerinə yetirdiyini və yanğın siqnalizasiyası və mühafizə sistemlərinin kənar podratçı tərəfindən idarə edildiyini bildirib. Özer bu sistemlərlə bağlı texniki məlumatı olmadığını və müvafiq detalların otel rəhbərliyinə və ya texniki menecerə məlum olduğunu bildirib.

T24-ün məlumatına görə, yanğın siqnalizasiyası və tüstüdən qorunma sistemləri, eləcə də otelin qəza çıxışlarında problemlər yaranıb. İlkin məlumata görə, yanğın restoranın mətbəxində başlayıb. Ölümlərin əksəriyyəti dəm qazından zəhərlənmə nəticəsində baş verib.
İstintaq çərçivəsində aşpaz Faysal Yavər, elektrik ustası Hüseyn Özer və hotelin sahibi Halit Ergül də həbs edilib.

 

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR