Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kartalkaya xizək kurortunda baş verən və 79 nəfərin həyatına son qoyan yanğınla bağlı açılmış cinayət işi çərçivəsində saxlanılanların sayı 28-ə çatıb.
Musavat.com xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.
"Saxlanılanların sayı 28 nəfərə yüksəlib. Onlardan 19-u, o cümlədən hotelin sahibi, biznes meneceri, hotel işçiləri və bəzi bələdiyyə rəsmiləri həbs edilib. 7 nəfər isə məhkəmə nəzarəti altında saxlanılır", – deyə bildirilib.
Hadisəni araşdıran komissiya yanğının başvermə riskinin və onun yayılmasının düzgün qiymətləndirilmədiyini, həmçinin təhlükəsizlik qaydalarına riayət olunmadığını müəyyən edib.
Qeyd edək ki, bir müddət əvvəl “Sabah” qəzeti “Grand Kartal” hotelində yanğının mətbəxdə manqaldan düzgün istifadə edilməməsi səbəbindən başlaya biləcəyini yazıb.
Xatırladaq ki, hadisə yanvarın 21-də gecə saatlarında baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub.
Yanğın nəticəsində 79 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ