İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə faizlər dəyişmədi: sərt siyasət davam edəcək

Türkiyə Mərkəzi Bankı ardıcıl altıncı iclasda əsas faiz dərəcəsinin dəyişməz saxlanması qərarı alıb.

Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50 faiz səviyyəsində qalıb. Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir.

Qərar Trading Economics analitiklərinin proqnozları ilə üst-üstə düşüb.

Türkiyə Mərkəzi Bankı açıqlamasında avqust iclası ilə müqayisədə baza inflyasiyası proqnozunun dəyişmədiyini bildirib. Yüksək faiz dərəcələri də daxil olmaqla, daxili tələbin zəifləməsi inflyasiyaya aşağı istiqamətli təzyiq göstərsə də, istehlak qiymətlərinin sürətlə artması riski hələ də qalmaqdadır:

“Üçüncü rübün göstəriciləri Türkiyədə daxili tələbin zəifləməyə davam etdiyini göstərir ki, bu da inflyasiyanın yavaşlamasına kömək edir. Baza inflyasiyasında əhəmiyyətli və davamlı eniş baş verənə və inflyasiya gözləntiləri proqnozlaşdırılan diapazona yaxınlaşana qədər sərt pul siyasəti davam etdiriləcək”.

Avqust ayı üzrə statistik məlumatlar Türkiyədə inflyasiyanın bir ay əvvəlki 61,8 faizə nisbətən illik ifadədə 52 faizə qədər zəiflədiyini göstərib. Bu, 2023-cü ilin iyul ayından etibarən qiymət artımının minimum tempidir. Bu ilin may ayında ölkədə inflyasiya 75 faizi ötüb.

Bu gün Türkiyə milli valyutasının məzənnəsi 34,0763 lirə/1 dollar olub. Bu ilin əvvəlindən lirə ümumilikdə 13,4 faiz ucuzlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR