İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə əmlak alan rusların sayı kəskin artdı

Türkiyədə daşınmaz əmlak alan rusların sayında kəskin artım var.

Musavat.com Türkiyə Statistika İdarəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-mayında Rusiya vətəndaşları ölkə ərazisində 5723 daşınmaz əmlaka sahibləniblər. Bu, ötən ilin eyni dövründəkindən 44.4 faiz çoxdur.

Türkiyədə daşınmaz əmlak əldə edən xaricilər arasında ikinci İran (2300), üçüncü İraq (809), dördüncü Ukrayna (770), daha sonra Qazaxıstan (605), Almaniya (564) vətəndaşları gəlir. Azərbaycan vətəndaşları 5 ayda Türkiyədə 336 əmlaka sahib olublar.

Ümumilikdə 5 ayda Türkiyədə xarici vətəndaşlar tərəfindən 16.8 min daşınmaz əmlak alınıb. Rəsmi qurumlar xaricilərin ölkənin daşınmaz əmlak bazarına marağının azaldığını qeyd edirlər. Belə ki, ötən illə müqayisədə xaricilərin Türkiyədə aldığı daşınmaz əmlak sayı 37,8 faiz azalıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR