İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə DƏHŞƏTLİ hadisə - Ölən və yaralananlar var

Türkiyənin Diyarbəkir şəhərinin Bismil rayonunda ağır yol qəzası qeydə alınıb. Hadisə nəticəsində dörd nəqliyyat vasitəsi zəncirvari qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, qəza nəticəsində üç nəfər həyatını itirib, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar dərhal yaxın xəstəxanaya yerləşdirilib və müalicəyə başlanılıb.

Hadisə yerinə polis və jandarma əməkdaşları cəlb olunaraq araşdırmalar aparmağa başlayıb. Qəzanın dəqiq səbəbləri hələlik məlum olmasa da, ekspertlər hadisənin təfərrüatlarını öyrənmək üçün işlərini davam etdirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR