Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Şanlıurfa vilayətində şəhərlərarası avtovağzalda atışma baş verib.
Musavat.com xəbər verir ki, odlu silahdan açılan atəş nəticəsində 1 nəfər hadisə yerindəcə ölüb, 10 nəfər isə yaralanıb.
Xəstəxanaya çatdırılan ağır yaralılardan birinin də həyatını xilas etmək mümkün olmayıb və ölüb. Ölənlərin sayı 2-yə yüksəlib, 9 yaralının müalicəsi davam edir.
Polislər hadisəyə qarışdıqları təsbit edilən 5 şübhəlini saxlayıb.
Hadisə ilə bağlı istintaq davam edir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ