İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə avtobus qəzaları olub, 2 nəfər ölüb, 25 nəfər yaralanıb

Türkiyənin Malatya bölgəsində Başakpınar Məhəlləsi yaxınlığında sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, hadisə avtobusla minik maşınının toqquşması nəticəsində baş verib.

Həmçinin, Adanada hava limanına sərnişin daşıyan avtobusun sürücüsü idarəteməni itirib və nəticədə nəqliyyat vasitəsi dirəyə çırpılıb. Bu qəzada isə 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanalara çatdırılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR