İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyədə 2022-ci ilin ən populyar adları...

Keçən il Türkiyədə körpələrə qoyulan ən populyar adlar açıqlanıb.

Musavat.com xəbər verir ki, oğlanlara ən çox Alparslan, qızlara isə Zeynəb adı verilib.

Belə ki, 2022-ci ildə doğulan 8366 oğlana Alparslan, 8870 qıza isə Zeynəb adı qoyulub. 

Oğlan uşaqlarına qoyulan adların sonrakı ardıcıllığı belədir: Yusif, Miraç, Göktuğ, Ömər Asəf, Eymen, Aras, Mustafa, Əli.

Qız uşaqlarına qoyulan adların sonrakı ardıcıllığı belədir: Dəfnə, Asel, Zümra, Elif, Asya, Azra, Nehir, Eylül, Ecrin.

Daxili İşlər Nazirliyinin Əhali və Vətəndaşlıq Məsələləri Baş İdarəsinin məlumatına görə, 2022-ci ildə Türkiyədə 1 milyon 22 min 737 körpə doğulub. Onlardan 15836-sı əkiz, 373-ü üçəm, 7-si dördəm və 1-i beşəmdir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR