Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Hakkari bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Xidməti (AFAD) məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 07.36-da episentri Yüksekova ilçəsi olan 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 5,74 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Zəlzələdən sonra dağıntılara və ya neqativ hallara rast gəlinməyib.
Musavat.com
03 Avqust 2025
02 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ