İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və İsrail arasında ilıqlaşma – Azərbaycanın rolu

Türkiyə İsrailə ixracına qoyulan embarqonu ləğv edə bilər. Qəzza zolağında atəşkəs davamlı olarsa, Ankara bunu etməyə hazırdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən ng.ru saytı yazıb. Saytın müəllifi iddia edir ki, ola bilər Türkiyə iqtidarı ilk dönəmində İsrailyönlü siyasət yürüdən Donald Trampın rəğbətini qazanmaq üçün belə addımlar atmağı düşünür. Bununla belə, yəhudi dövləti Ankaranın Osmanlı imperiyasını dirçəltmək üçün layihə hazırlamasından narahatdır.

Türkiyənin Xarici İqtisadi Əlaqələr Komitəsinin (XİƏK) sədri Nail Olpak İsrailə qarşı tətbiq edilən ticarət məhdudiyyətlərinin mümkün ləğvini açıqlayıb. "Əgər Qəzza zolağında sülh daimi olarsa, biz İsraillə ticarəti bərpa edə bilərik.

Olpakın şərhi Ankaranın yəhudi dövləti ilə Qəzzada hərbi kampaniyanın başlaması ilə kəsilən diplomatik əlaqələrin bərpasına qarşı olmadığı ilə bağlı söz-söhbətlərə səbəb olub. i24 kanalının məlumatına görə, ticarət qadağalarını aradan qaldırmaq istəyi həm Türkiyə, həm də İsrailin yaxın tərəfdaşı olan Azərbaycanın vasitəçilik fəaliyyətinin nəticəsidir. Bu məlumata görə, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev dekabrda Qüdsə səfər edib və daha sonra Ankaraya gedib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR