İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri bu gün görüşəcək - YENİLƏNİB

Ermənistan Xarici İşlər Nazirliyi Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyanın görüşəcəyini təsdiqləyib.


Bu barədə Ermənistan XİN-in sözçüsü "X" hesabında bildirib.

"İyulun 30-da Ermənistan-Türkiyə sərhədində Xüsusi Nümayəndələrin beşinci görüşü baş tutacaq", paylaşımda qeyd olunub.

***

12:48

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Serdar Kılıç və Ruben Rubinyan sabah Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcək.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə türkiyəli jurnalist Sena Alkan məlumat yayıb.

O qeyd edib ki, görüş səhər Ermənistan, günorta isə Türkiyə tərəfində baş tutacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR