Onlayn ictimai-siyasi qəzet
Türkiyə Ukrayna münaqişəsinin həlli üzrə texniki detallarla bağlı razılaşmanın İstanbulda əldə olunacağına ümid edir.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan açıqlama verib.
Nazirin sözlərinə görə, əgər İstanbul danışıqlarında konkret texniki razılaşma əldə olunarsa, bundan sonra liderlərin sammitinin keçirilməsi məsələsi gündəmə gətirilə bilər.
Qeyd edək ki, Ankara uzun müddətdir Rusiya və Ukrayna arasında vasitəçilik səyləri göstərir və tərəfləri bir masa arxasına gətirməyə çalışır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəfələrlə bildirib ki, müharibənin diplomatik yolla başa çatması üçün Ankara bütün imkanlarını səfərbər etməyə hazırdır.
Musavat.com
01 Iyun 2025
31 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ