İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə şirkəti Türkmənistanda iki böyük layihə icra edəcək

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov “Türkmənqaz” dövlət konserninə Türkiyənin “Çalık Enerji” şirkəti ilə yeni qaz-kompressor stansiyasının layihələndirilməsi və tikintisi üzrə müqavilə bağlamağa icazə verən fərman imzalayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb.

Sənədə əsasən, şirkət həmçinin stansiyanı lazımi avadanlıqla təchiz etməli və istismara vermə işlərini həyata keçirməlidir. Bundan əlavə, müqavilə ümumi şəbəkəyə qoşulmaqla obyekt üçün xarici təchizat mühəndis sistemlərinin və elektrik, qaz, su təchizatı, rabitə və kanalizasiya qurğularının yenidən qurulması və ya yeni tikintisini nəzərdə tutur.

Qaz kompressor stansiyası Məryəm vilayətində (rayon) tikiləcək.

Tikinti işlərinə 2024-cü ilin sentyabrında başlanması və obyektin 2026-cı ilin sentyabrında tam istifadəyə hazır olması nəzərdə tutulur.

“Çalık Enerji” həmçinin ölkənin Balkan vilayətinin (bölgəsinin) Türkmənbaşı rayonunda, Xəzər dənizinin Türkmənistan sahilində 1574 MVt gücündə elektrik stansiyası tikəcək. Onun 2027-ci ilin mayında istifadəyə verilməsi planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR