Onlayn ictimai-siyasi qəzet
İstanbulda Türkiyə-Rusiya məsləhətləşmələri keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Hər iki ölkənin XİN rəhbərlərinin müavinlərinin iştirakı ilə keçirilən məsləhətləşmələrdə Ukrayna və Qara Dəniz hövzəsindəki vəziyyət, həmçinin Qəzza zolağında atəşkəsin zəruriliyi müzakirə edilib.
"Ukrayna ətrafında, Qara dəniz hövzəsində mövcud vəziyyət və Qəzza zolağında atəşin təcili olaraq dayandırılmasına böyük diqqət yetirilib", - nazirlikdən bildirilib.
Cavanşir ABBASLI
Musavat.com
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ