İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə prezidenti Zəngəzur dəhlizindən DANIŞDI - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Ağrı-Hamur-Tutak-Patnos" Dövlət Avtomobil yolunun açılış mərasimində çıxış edib.

Musavat.com xəbər verir ki, prezident Ərdoğan çıxışı zamanı Zəngəzur koridoru ilə bağlı da danışıb.

"Malazgird döyüşündən indiyədək Anadoludakı varlığımızın hər günü bizə bu Vətəni çox görənlərin hücum və təxribatlarına qarşı mübarizə aparmaqla keçib"-deyə Türkiyə prezidenti bildirib.

Daha sonra prezident Ərdoğan qeyd edib ki, Zəngəzur marşrutunun həyata keçirilməsi ilə bu bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq: "Azərbaycanlı qardaşlarımızın işğal altında olan torpaqlarına məhəl qoyulmamaqda da eyni anlayış var idi. Bu məkrli və ikiüzlü tələləri ancaq region ölkələri həmrəylik göstərərək qıra bilər. Ağrı əyaləti dünənə qədər terror və təhdidlərin kölgəsində yaşayarkən, bu günə ümidlə baxmağa vadar edən inkişafların ünvanına çevrilib. Zəngəzur marşrutunun həyata keçirilməsi ilə bu bölgənin iqtisadi və sosial hərəkətliliyi ən yüksək həddə çatacaq. Bunun üçün, ilk növbədə, ölkəmizin inam və sabitlik mühitini möhkəm şəkildə qorumalıyıq. Gücümüzü hədər yerə israf edən, illərlə başımıza bəla olan terroru gətirənlərin məqsədi əlimizdə olan vasitələrdən istifadə etməmizə mane olmaq idi. İndi o dövr başa çatıb".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR