Onlayn ictimai-siyasi qəzet
Avropa çempionatında qrup mərhələsinin II turunda bu gün Türkiyə və Portuqaliya yığmaları üz-üzə gələcək.
Musavat.com xəbər verir ki, Türkiyə millisinin rəsmi sponsoru olan "Trenyol" şirkəti azərbaycanlı jurnalistlərin matçı izləməsini təmin edib. Belə ki, "Yeni Müsavat" Media Qrupunun rəhbəri Rauf Arifoğlu, APA xəbər agentliyinin baş redaktoru Nurşən Quliyev, "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev və "Trendyol"un Azərbaycan bölümünün ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Süheylə Cəfərova Türkiyə - Portuqaliya oyununu stadiondan izləyəcək.
Şirkətin prezidenti Çağlayan Çetin Türkiyə - Azərbaycan qardaşlığından söz açıb və jurnalistlərin timsalında bütün azərbaycanlıların Türkiyəyə dəstək verdiyini vurğulayıb.
Qeyd edək ki, bu, iki komanda arasında yubiley – 10-cu qarşılaşma olacaq. İndiyədək keçirilmiş 9 görüşün 7-də portuqaliyalılar qalib gəliblər.
Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ