İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə parlamentində HƏYƏCANLI ANLAR

Səadət Partiyası Kocaeli millət vəkili Hasan Bitmez Türkiyə Böyük Millət Məclisində (TBMM) büdcə müzakirələri zamanı çıxış edərkən qəfil yerə yıxılıb.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, H.Bitmez “Tarixin əzabından xilas olsanız da, Allahın qəzəbindən qurtula bilməyəcəksiniz” dedikdən sonra huşunu itirib və başı tribunanın pilləkənlərinə dəyib.

Məlumata görə, millət vəkilinə ilkin tibbi yardım göstərilib və təcili yardımla şəhər xəstəxanasına aparılıb.

Qeyd edək ki, 1969-cu ildə Giresunda anadan olan Hasan Bitməz hazırda ESAM (İqtisadi və Sosial Araşdırmalar Mərkəzi) Baş Qərargahının Müşahidə Şurasının üzvüdür. İSBAM-İslam Birliyi Araşdırma Mərkəzinin prezidentidir.

O, siyasi fəaliyyətinə Rifah Partiyasının Gebze rayon təşkilatında başlayıb, Fəzilət və Səadət Partiyalarında müxtəlif vəzifələrdə çalışıb. 2023-cü ildə Türkiyədə keçirilən ümumi seçkilərdə Kocaelidən millət vəkili seçilib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR