İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə o sammitə yenə dəvət edilmədi

ABŞ administrasiyası bu gün ikinci “Demokratiya Sammiti”ni keçirir. Yenə Türkiyənin 121 nəfərlik qonaq siyahısında yoxdur.

Musavat.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin videobağlantı vasitəsilə qatılacağı sammitdə Səudiyyə Ərəbistanı və Misir liderləri də olmayacaq.

"American Foreign Policy" jurnalının yazdığına görə, ABŞ Demokratiya Sammitinə NATO üzvü Türkiyədən başqa, Macarıstanı da dəvət etməyib.

Martın 30-dək davam edəcək Sammitə ABŞ, Kosta Rika, Cənubi Koreya, Hollandiya və Zambiya ev sahibliyi edəcək. 2021-ci ildə keçirilən sammitə dəvət edilməyən Honduras, Fil Dişi Sahili, Qambiya, Mavritaniya, Mozambik, Tanzaniya, Bosniya və Herseqovina və Lixtenşteyn bu dəfəki zirvə toplantısına qatılacaq.

Qeyd edək ki, 2021-ci ildə keçirilmiş ilk sammitə də Türkiyə və Macarıstan dəvət edilməmişdi.

Birinci sammitdə “avtoritarizmə qarşı demokratiya və insan haqlarının müdafiəsi, demokratiyalarda qadınların rolu və korrupsiya ilə mübarizə” kimi mövzularda müzakirələr keçirilmişdi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR