İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə MEYDAN OXUDU - Bu ölkəni qorxuya salan "işğal xəritəsi" - ŞOK GÖRÜNTÜLƏR

Yunanıstan mediası Türkiyənin seçkilərdən əvvəl Egeydə gərginliyi artırdığını iddia edib.

Musavat.com xəbər verir ki, İn.gr saytı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təxribat törətdiyini yazıb. 

Çavuşoğlunun Egeydə mülkiyyəti bəlli olmayan adaların olduğu barədə açıqlamasına diqqət çəkən nəşr yazır:

"Türkiyədə baş verən ölümcül zəlzələlərdən sonra Yunanıstan və Türkiyə arasında münasibətlər xeyli yaxşılaşa bilər, lakin Türkiyə hakimiyyəti yavaş-yavaş təxribatları yenidən başlatmış kimi görünür".

İn.gr saytı digər xəbərində "Ərdoğanın əsas seçki hədəfi olaraq Mavi Vətəni bərpa etdiyini" yazıb.

Belə ki, Ərdoğanın seçkiqabağı hazırlatdığı reklam çarxında Qərbi Trakya və Yunan adaları Türkiyə torpaqları kimi göstərilib. Yunan nəşri bunu Ərdoğanın Yunanıstana meydan oxuması və "Türkiyənin işğalı" kimi şərh edib.

Həmin görüntüləri təqdim edirik:

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR