İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Mərkəzi Bankı üçüncü dəfə eyni qərarı qəbul etdi

Türkiyə Mərkəzi Bankı ardıcıl üçüncü dəfə əsas faiz dərəcəsini dəyişməyib.

Musavat.com Bankın açıqlamasına istinadən xəbər verir ki, yeddi günlük repo əməliyyatları üzrə faiz dərəcəsi illik 50 faiz səviyyəsində saxlanılıb.

Bu, 2002-ci ildən bəri ən yüksək səviyyədir.

“Trading Economics” xəbər verir ki, qərar əksər analitik və iqtisadçıların proqnozları ilə üst-üstə düşüb.

Mərkəzi Bankın mesajında qeyd olunur ki, baza inflyasiyasında azalma tendensiyası dayanıb. İnflyasiya gözləntiləri daha da pisləşərsə, pul siyasətinin daha da sərtləşdirilməsini istisna etmək olmaz.

Mərkəzi Bankın rəhbərliyi xidmətlər, enerji və ərzaq qiymətlərinin yüksək olması, habelə geosiyasi risklər səbəbindən inflyasiya təzyiqinin davam etdiyini müşahidə edir. Bununla belə, cari ilin ikinci yarısında istehlak qiymətlərində artım tempinin aşağı düşəcəyi gözlənilir.

May ayında ölkədə istehlak qiymətləri illik müqayisədə 75,5 faiz artaraq 2022-ci ilin noyabrından bu yana ən yüksək səviyyəyə çatıb. Aprel ayında inflyasiya 69,8 faiz təşkil edib. Mərkəzi Bank inflyasiyanı 5 faizə qaytarmaq istəyir.
İlin əvvəlindən Türkiyə valyutası təxminən 12 faiz dəyər itirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR