Onlayn ictimai-siyasi qəzet
Türkiyə İsrailin casuslarını böyük bir əməliyyatla zindana göndərib.
Musavat.com xəbər verir ki, İstanbulda keçirilən məhkəmə prosesi nəticəsində altı nəfər "Mossad"ın xeyrinə casusluq etməkdə təqsirli bilinərək ümumilikdə 100 ildən çox cəza alıblar.
Onlar 2024-cü ilin aprel ayında MİT-in həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
İttihama görə, bu qrup xarici vətəndaşlar, o cümlədən İordaniya, Suriya və Azərbaycandan olan şəxslər barədə məlumat toplayıblar. Topladıqları məlumatları "Mossad"a ötürmək müqabilində isə böyük miqdarda, o cümlədən yüz minlərlə avro dəyərində pul alıblar. Türkiyə tərəfi casusların ölkə ərazisindəki təhlükəsizlik maraqlarına ciddi zərbə vurduqlarını və bu cinayətkar şəbəkənin tamamilə məhv edildiyini bildirir.
Musavat.com
19 Aprel 2025
18 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ