Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Sinop və Trakyadakı atom elektrik stansiyası layihələri ilə bağlı qərar 2025-ci ildə veriləcək.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Energetika Nazirliyinin rəhbəri Alparslan Bayraktar açıqlayıb.
Türkiyə rəsmiləri daha əvvəl bildirmişdilər ki, onlar Qara dənizin Sinop əyalətində və ölkənin Avropa hissəsindəki Trakyada atom elektrik stansiyalarının tikintisi layihələri ilə bağlı Rusiya və Koreya Respublikası daxi olmaqla, bir sıra ölkələrlə danışıqlar aparırlar. Bayraktar xüsusilə bildirib ki, Rosatom Akkuyu AES-in tikintisi təcrübəsini nəzərə alaraq Sinopda atom elektrik stansiyasının tikintisi layihəsində iştiraka maraq göstərir. Onun sözlərinə görə, tərəflərin işçi qruplarının texniki və maliyyə məsələləri üzrə görüşləri davam edir.
Akkuyu Rusiyanın Rosatom dövlət korporasiyası tərəfindən tikilən Türkiyədə ilk atom elektrik stansiyasıdır. Layihəyə Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları olan dörd enerji bloku daxildir. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in birinci enerji blokunun istismara verilməsi bütün icazələr alındıqdan sonra yeddi il ərzində baş tutmalıdır.
Musavat.com
12 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ