Onlayn ictimai-siyasi qəzet
Türkiyə Super Liqasında daha bir qalmaqal yaşanıb.
Manset.az xəbər verir ki, bu, 17-ci turda keçirilən “İstanbulspor” – “Trabzonspor” matçında baş verib.
Belə ki, İstanbul təmsilçisinin prezidenti Ecmel Faik Sarıoğlu oyunun baş hakiminə etiraz olaraq “Trabzonspor”un ikinci qolundan sonra meydana girib və komandasını oyundan çıxarıb.
Qeyd edək ki, matçın baş hakimi epizoddan öncə uzun müddət VAR-a baxıb.
Xatırladaq ki, daha öncə “Ankaragücü” - “Rizespor” matçında birincilərin klub prezidenti Faruk Koca meydana daxil olaraq qarşılaşmanın baş hakimi Halil Umut Meleri döymüşdü.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ