İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə Əsəd rejimi ilə əlaqələri bərpa edir - ABŞ NARAHATDIR

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Türkiyənin Suriya ilə diplomatik əlaqələri bərpa etmək üçün addımlar atdığı bir vaxtda diqqətçəkən açıqlama verib.

Musavat.com xəbər verir ki, Prays bütün xalqları Suriya prezidenti Bəşər Əsədlə əlaqələri bərpa edərkən iki dəfə düşünməyə çağırıb.

Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ amansız bir diktator olan Bəşər Əsədlə əlaqələri bərpa etmək istədiklərini ifadə edən ölkələri dəstəkləmir.

63b5ed014e3fe11b687b3cbf.jpg (47 KB)

"Ölkələri Əsəd rejiminin son on iki il ərzində insan haqları sahəsindəki dəhşətli vəziyyətini diqqətlə araşdırmağa dəvət edirik" - Prays deyib.

Qeyd edək ki, Suriyada 2011-ci ildən bəri davam edən vasitəçilik (proxy) müharibəsindən ən çox təsirlənən ölkələrdən biri olan Türkiyə Bəşər Əsəd rejimi ilə əlaqə yaradaraq böhrana çarə axtarır.

Xatırladaq ki, Suriyada terror təşkilatı İŞİD-a qarşı PKK/YPG terror təşkilatı ünsürləri ilə əməkdaşlıq edən ABŞ-ın bölgədə 900-ə yaxın əsgəri var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR