Onlayn ictimai-siyasi qəzet
Türkiyə bankları ruslar üçün əməliyyatlar həyata keçirməkdən imtina etməyə başladılar.
Musavat.com xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Məlumatda bildirilir ki, rusiyalı idxalçılar həm yerli, həm də Avropa maliyyə qurumlarının təzyiqi altında olan türk bankları vasitəsilə ödənişləri həyata keçirərkən yenidən çətinliklərlə üzləşirlər.
"Emlak Katılım" kimi türk bankları tranzit ödənişləri üçün komissiyaları artırıb və əməliyyatlardan imtina etməyə başlayıblar. Bir çox rus şirkətləri tranzit ödənişlərinin 80%-ə qədərinə nəzarət edən bu bankla işləyir, lakin yüksək komissiyalar onun xidmətlərini yalnız böyük biznes üçün əlçatan edir",-deyə məlumatda qeyd olunur.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ