İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə “Akkuyu” AES-i tez işə salmağa çalışır

Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” AES-də ilk enerji blokunun bir il ərzində işə salınması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bunu ölkənin energetika naziri Alparslan Bayraktar deyib.

Nazir bildirib ki, stansiyanın birinci reaktorunda işlər bitir:

“Birinci reaktorda işlərin demək olar ki, 95 faizi tamamlanıb, ümid edirəm ki, bir il ərzində nüvə enerjisi əsasında elektrik enerjisi istehsalına başlayacağıq”.

Bayraktar daha əvvəl bildirmişdi ki, “Akkuyu” AES-in ilk enerji blokunun istismara verilməsi 2025-ci ilə planlaşdırılıb, lakin Türkiyə son müddəti irəli çəkməyə və bu il işə salmağa çalışır. Mümkün tarixlər arasında milli bayramın - Türkiyənin Cümhuriyyət Gününün qeyd olunduğu 29 oktyabr tarixi də var.

“Akkuyu” AES Türkiyənin “Rosatom” dövlət korporasiyası tərəfindən tikilən ilk atom elektrik stansiyasıdır. “Akkuyu” layihəsinə Rusiya istehsalı olan VVER III+ nəsil reaktorları olan 4 enerji bloku daxildir. Hər bir enerji blokunun gücü 1200 MVt olacaq. Hökumətlərarası sazişin şərtlərinə görə, AES-in birinci enerji blokunun istismara verilməsi bütün icazələr alındıqdan sonra 7 il ərzində baş tutmalıdır. 2018-ci ildə ilk enerji blokunun tikintisi üçün lisenziyanın alınmasını nəzərə alsaq, bu müddət 2025-ci ilə təsadüf edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR